Hacıqabulun Rəncbər kəndində üzərində zorakılıq əlamətləri olmayan kişi meyiti aşkarlanıb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, araşdırmalar zamanı meyitin Bakı sakini, 1986-cı il təvəllüdlü Məmmədov Vüsal Akif oğluna məxsus olduğu müəyyən edilib. Meyit müayinə olunmaq üçün Şirvan Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza Mərkəzinə yerləşdirilib.
Faktla bağlı Hacıqabul rayon prokurorluğunda araşdırma aparılır.