Gürcüstanda saxlanılan eks-prezident Mixeil Saakaşvili cəzaçəkmə müəssisəsindən tərəfdarlarına məktub göndərib.
Unikal.org xəbər verir ki, o, Kiyevdən Gürcüstana gələrkən saxlanılacağını gözlədiyini bildirib.
“Mənim azadlığım və daha önəmlisi Gürcüstanın azadlığı sizin fəallığınız və yaxın günlərdəki mübariz ruhunuzdan asılı olacaq. Beynəlxalq dəstək də bundan asılıdır. Xahiş edirəm, şübhə etməyin və sona qədər inanın ki, qələbəmiz öz əlimizdədir. Sizi sevirəm”, - məktubda deyilir.