DİN Mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, 29.09.2021-ci il tarixində vətəndaş L.İsgəndərova DİN-in "102" Xidməti Zəng  Mərkəzinə zəng edərək qohumu S.nin həyat yoldaşı Səbuhi Bayramov tərəfindən döyüldüyünü bildirib: 

"Daxil olan məlumatla bağlı Binəqədi RPİ-nin 6-cı Polis Bölməsində Abşeron rayonu Xırdalan şəhərində yaşayan zərərçəkən S. N.ın ərizəsi alınıb. O, ərizəsində 29.09.2021-ci ildə Binəqədi rayonu Biləcəri qəsəbəsində yaşayan bibisinin evində olan zaman həyat yoldaşı Səbuhi Bayramov saat 20:00 radələrində ora gəlib evdən ayrıldığı üçün onu döyərək bədən xəsarətləri yetirib. S. N.nın xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.

Səbuhi Bayramov saxlanılaraq 6-cı Polis Bölməsinə gətirilib. O, izahatında həyat yoldaşını döydüyünü etiraf edib.Təyin edilən ekspertizanin rəyindən sonra onun əməlinə hüquqi qiymət veriləcək". 

***

14:16

Azərbaycanda qadın körpəsini qoruduğu üçün əri tərəfindən döyülüb. 

Unikal.org xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə “Facebook” hesabında paylaşım edib.

O bildirib ki, atası doqquz aylıq uşağı öldürmək istəyib:

“Qadın körpəsini qoruduğu üçün əri onu döyüb. Sosial şəbəkədən məni tapıb. Dərhal hadisə baş verən ərazi üzrə polis bölməsinə yönləndirdim. Təhqiqat başladılıb. Amma kim qarant verə bilər ki, həmin qadın evə döndüyündə öldürülməyəcək? Yoldaşı narkotik istifadəçisidir.

Sübuta yetirməyə zaman lazımdır... Zaman isə nə qadının, nə də körpənin xeyrinə çalışmaya da bilər. Evə dönə bilməz, qardaşı da öldürəcəyini bildirib”.