İranda ötən sutka ərzində 217 nəfər koronavirusdan (COVID-19) ölüb, 10 135 nəfər yoluxub.

Unikal.org xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 120 880 nəfərə,

yoluxanların sayı isə 5 611 700 nəfərə çatıb. Virus daşıyıcılarından 5 802 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 5 075 482 nəfər koronavirusdan sağalıb, 32,4 milyondan çox diaqnoz testi həyata keçirilib.