Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Tbilisidə qaldığı mənzilin sahibi həbs olunub.
Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin kriminal polis rəisi Mamuka Çelidze bildirib.
"Tbilisi Polis İdarəsi əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində 1958 -ci il təvəllüdlü mənzil sahibi bir cinayəti gizlətdiyinə görə saxlanılıb", - deyə Çelidze vurğulayıb.
Qeyd edək ki, Saakaşvili Tbilisidə Qldani-Nadzaladevi rayonunda mənzillərin birində saxlanılıb.