Braziliyada 5.9 bal gücündə zəlzələ olub.

Unikal.org "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin ocağı 597 km dərinlikdə, episentri isə Tarauaka şəhərindən 166 km cənub-qərbdə yerləşib.

Dağıntı və itkilər barədə məlumat verilmir.