ABŞ İngiltərədəki Leykenhit aviabazasında 27 ədəd beşinci nəsil qırıcı təyyarə yerləşdirəcək.

Unikal.org xəbər verir ki, bunu təyyarələrin yerləşdiriləcəyi 495-ci eskadriliyanın komandiri podpolkovnik Ayan Maklaflin deyib.

Onun sözlərinə görə, qırıcı təyyarələrin yerləşdirilməsi prosesi qarşıdakı qış ərzində həyata keçiriləcək. Bunlar 27 ədəd F-35A qırıcı təyyarəsi olacaq.