Qazaxda zəhərlənmə faktı qeydə alınıb.

Unikal.org-un məlumatına görə, hadisə rayonun Birinci Şıxlı kəndində baş verib.

1968-ci il təvəllüdlü Qəmər Ömərova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, hazırda vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, Q.Ömərova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.