Əfqanıstanın Nanqarhar əyalətinin paytaxtı Cəlalabadda baş vermiş silahlı hücum zamanı biri uşaq olmaqla azı 4 nəfər ölüb.
Unikal.orrg xarici mətbuata istinadən xəbər verir ki, ölənlərdən ikisi “Taliban” üzvü, digər ikisi mülki şəxslərdir.
“Şənbə günü axşam saatlarında ölkənin şərqindəki Nanqarhar əyalətində planlaşdırılan hücum nəticəsində azı 4 nəfər öldürülüb”, - mənbənin məlumatında belə deyilir.
Hələlik heç bir qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.