Sumqayıtda bədbəxt hadisə ölümlə nəticələnib.

Unikal.org xəbər verir ki, şəhərin Hacı Zeynalabdin qəsəbəsində beşmərtəbəli yaşayış binasının damına çıxan 1986-cı il təvəllüdlü Sərxanov Rauf Məmmədalı oğlu internet şəbəkəsində yaranan problemi aradan qaldırmaq istəyərkən oradan yıxılıb.
Ağır xəsarətlər alan 35 yaşlı kişi ölüb. Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.