Braziliyalı 8 yaşlı Nikol Oliviera dünyanın ən gənc astronomu ola bilər.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, NASA proqramı ilə məşğul olan qız 18 asteroid aşkar edib.
Ekspertlər onların mövcudluğunu təsdiqləsələr, Oliviera 1998-ci ildə 18 yaşlı italiyalı Luici Sanninonun rekordunu yeniləyəcək.
Qeyd edək ki, 8 yaşlı Nikol beynəlxalq seminarlara baş çəkir və aparıcı alimlərlə görüşlərə gedir. O, asteroidlərə Braziliya alimlərinin və ailə üzvlərinin adlarını vermək istəyir.