Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 14 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Bu barədə Unikal.org-a FHN-ə istinadən xəbər verir.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 14 nəfər, o cümlədən Bakı şəhərinin Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 23 ünvanında yerləşən yataqxana binasının damında intihara cəhd edən 6 nəfər bina sakini və Şirvan şəhərində sürüşərək su kanalına düşən 1 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər xəsarət alıb.
Həmçinin, Bakı şəhərinin Yasamal rayonunda 1956-cı il təvəllüdlü Vataqin Vladimir Alekseyeviçin meyiti mənzildə bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.