Rusiyada son sutka ərzində daha 25 679 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Unikal.org xəbər verir ki, Operativ Qərargahın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 7 586 536 nəfərə çatıb.

Son sutka ərzində 890 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 209 918 nəfərə çatıb.

Beləliklə, son sutka Rusiyada pandemiya dövründə indiyə kimi koronavirusdan ən çox ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya, Hindistan, Türkiyə, Braziliyadan sonra altıncı yerdə gəlir.