İtaliyanın "Reccina" klubunun sabiq qapıçısı Daniel Leone dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, 2014-cü ildə beynində şiş diaqnozu qoyulan və futbolla vidalaşan qolkiper 1 ildən sonra yenidən futbola qayıdıb.

Lakin 2017-ci ildə xəstəliyi yenidən aktivləşən Daniel yenidən futboldan uzaq qalıb. Avqustda beynindən əməliyyat edilən italiyalının həyatını xilas etmək mümkün olmayıb.