Rusiya Federasiyasının Dağıstan Respublikasının bir neçə dağlıq bölgəsində yüksək gərginlikli hava xəttində yaranan nasazlıq nəticəsində 40 mindən çox insan işıqsız qalıb.
Unikal.org xəbər verir ki, yüksək gərginlikli yarımstansiyada baş verən nasazlıq nəticəsində Dağıstan Respublikasının Tlərata, Tsunta, Şamil rayonlarının sakinləri elektrik enerjisindən məhrum olub.
Hazırda təmir qruplarının təcili bərpa işlərinə cəlb edildiyi bildirilir.