Taliban Əfqanıstanda hakimiyyətə gəldikdən sonra ölkədə KİV-lərin 70%-i maliyyə probleminə görə fəaliyyətini dayandırıb.
Unikal.org xəbər verir ki, bu barədə Əfqanıstan Milli Jurnalistlər Birliyi məlumat yayıb.
Bildirilib ki, bu, ölkənin 28 əyalətində 1 500 əfqan jurnalistin iştirak etdiyi araşdırma zamanı məlum olub.
"Əfqanıstan jurnalistlərinin 67%-i işini itirib, 33%-i isə təzyiq altında və çətin vəziyyətdə işləyir. İşləyən yerli KİV -lərin çoxu ağır maliyyə sıxıntısı yaşayır", - deyə qeyd olunub.
Məlumata görə, əfqan jurnalistlərin 40 faizi təhlükəsizliyindən narahatdır, qalanları işlərini itirdikləri üçün çətin yaşayır.