İranın İrəvandakı səfiri Abbas Badahşan Zohuri Ermənistanı “dost və qardaş ölkə” adlandırıb.

Unikal.org xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Təhlükəsizlik Xidmətinin Mətbuat xidməti yayıb.

Məlumata əsasən, iranlı səfir bunu Ermənistanın Təhlükəsizlik Xidmətinin katibi Armen Qriqoryan ilə görüşündə deyib.

Bildirilir ki, tərəflər görüş zamanı regional təhlükəsizlik və sabitlik məsələlərini müzakirə ediblər.

Danışıqlar zamanı Qriqoryanla Zohuri İranın Çabahar limanının həm regional, həm də Ermənistan və İran arasında iqtisadi əlaqələr kontekstində, xüsusən də Zəngəzurun inkişafı planı baxımından əhəmiyyətini vurğulayıblar. 

İran səfiri vurğulayıb ki, Tehran dost və qardaş Ermənistan ilə əlaqələrin inkişafı üçün yüksək səviyyədə səylər göstərəcək.