Yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün, Avstraliyanın 2020-ci ilin mart ayından bağlan beynəlxalq sərhədləri bu ilin noyabr ayında yenidən açılıb.
Unikal.org xəbər verir ki, yeni qərarlara əsasən, bəzi məhdudiyyətlər hələ də qalıb.
Belə ki, Avstraliyaya yalnız xaricdəki vətəndaşlar gələ biləcək ki, onlardan da 2 doza COVID-19 peyvəndi və gələndən sonra 7 gün öz evlərində karantində qalacaqları tələb olunacaq.
Məsələ ilə bağlı danışan Baş nazir Morrison qeyd edib ki, xarici turistlər yalnız 2022-ci ildən qəbul edilə biləcək.
Ağarza Elçinoğlu