Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili Ukrayna Prezidenti Vladimir Zelenskiyə məktub yazıb.
Unikal.org xəbər verir ki, o, dövlət başçısına həbsinə göstərdiyi həssas münasibətə görə təşəkkürünü bildirib.
M.Saakaşvili qeyd edib ki, Gürcüstanda həbsi qanunsuzdur və ona qarşı ittihamlar saxtalaşdırılıb:
"Gürcüstanımı öz həyatımdan daha çox sevirəm. Mən ikinci vətənim Ukraynanı da çox sevirəm. Bütün həyatım boyu həyata keçirdiyiniz tarixi dəyişikliklər və islahatlara kiçik töhfə vermək imkanına malik olduğuma görə fəxr edəcəyəm".
Eks-prezident Rusiyanın dövlət başçısı Vladimir Putinin dustağı olduğunu bildirib.