Məlum olduğu kimi, ötən gün bir neçə saat ərzində “Facebook”, “Instagram” və “WhatsApp” istifadəçiləri adıçəkilən platformalara daxil ola bilməyiblər.
Unikal.org xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, “Facebook” şirkətinin verdiyi açıqlamaya əsasən, “Facebook”, “Instagram” və “WhatsApp” xidmətlərinin göstərilməsində dayanmalara konfiqurasiyada səhvən edilən dəyişiklik səbəb olub.
Şirkətin data mərkəzləri arasında trafiki təşkil edən əsas şəbəkə qurğularının konfiqurasiyasında edilən dəyişikliklər daxili sistem və şəbəkələrə təsir göstərib və bərpa prosesini çətinləşdirib.
Hazırda istifadəçilərin məlumatlarının sızmasına dair hər hansı sübut yoxdur.