ABŞ ordusundan təqaüdə çıxan əsgərlər Azərbaycanla Ermənistan arasındakı sərhəddəki erməni kəndlərində uşaqlara və mülki insanlara hərbi təlimlər keçir.
Unikal.org xəbər verir ki, bu barədə Amerikanın "Washington Examiner” nəşri yazıb. Komandanın başında 13 il ABŞ Hərbi Hava Qüvvələrində xidmət ermiş “Aram” ləqəbli Livan ermənisi dayanır. Onlar təlimlərə Armaş kəndində başlayıblar.
Qeyd olunub ki, komanda hər il 2-3 min yerli insana təlim keçməyi hədəfləyir.