Ərzurumun Duatepe bölgəsinin sakinləri kəndin mollasının olmamasından şikayətlənir.
Unikal.org xəbər verir ki, əvvəlki molla 6 ay öncə yeni təyinat yeri verildiyini deyərək kəndi tərk edib. Ondan sonra əhali mollasız qalıb.
Kənd sakinləri bildirib ki, onlar 6 aydır ki, azan səsi eşitməkdən məhrum olublar, buna görə də mollanın gəlməsini səbrsizliklə gözləyirlər.
Bildirilib ki, onlar mollalarının geri dönəcəyini gözləsə də, o, hələ də qayıtmayıb.