Belçikanın Kasterlee şəhərində hər il oktyabr ayında sərgilənən balqabaq festivalı bu dəfə də turistlərin diqqətini çəkib. 

Unikal.org  xəbər verir ki,  şəhərdə evlərin bağlarında və hətta yol kənarında boş görünən ərazilərdə böyük və kiçik balqabağa rast gəlmək mümkündür.

Hər il oktyabr ayının ilk həftəsində, istixanalarında yetişdirdikləri tərəvəzləri  yığan insanlar nəhəng balqabaqlar üçün yarışırlar. 

Qeyd  edək  ki, Belçikanın liman şəhəri Antverpendə yerləşən Kasterlee, ölkənin "balqabaq şəhərciyi" olaraq bilinir.