Hindistanın Haydarabad əyalətində qandonduran cinayət hadisəsi qeydə alınıb.
Unikal.org xəbər verir ki, ötən həftələrdə yoxa çıxan 6 yaşlı qızın cansız bədəni dəmir yolundan tapılıb. Belə ki, cani şəxs qızı qaçırdaraq, ona təcavüz edib. Daha sonra kişi qızın başına çox sayda zərbələr endirib. Qız aldığı zərbələrdən həyatını itirib. Təcavüzkar şəxs cinayətdən qızın cəsədini qatar relslərinin üzərinə atmaqla qurtulub. Lakin çox keçməyib ki, hadisənin üstü açılıb.
O, qızın cəsədini qatar relslərini üzərinə qoyarkən, müşahidə kameralarına əks olunub. Qısa zamanda polis cinayətkar şəxsi saxlayıb. Qızın cəsədi isə tibbi ekspertizaya göndərilib.
Onun barəsində qətimkan tədbiri seçilib.