Polşada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ATƏT-in Baş katibi Helqa Şmid arasında görüş keçirilib.
Unikal.org-un xəbərinə görə, bu barədə Türkiyə XİN rəhbəri “Twitter”də bildirib.
Nazirin sözlərinə görə, görüşdə Əfqanıstan, Qarabağ və Ukraynadakı son vəziyyət müzakirə olunub.
Görüş zamanı ATƏT-də islahatlar barədə də müzakirə aparılıb.