İranın şimal-şərqində Rezevi Xorasani əyalətində Əfqanıstana məxsus 4 yanacaq maşını yanıb.

Unikal.org xəbər verir ki, gömrük parkında yanacaq maşınında baş verən yanğın digər avtomobillərə də keçib. Hadisə yerinin sərhəd-keçid nöqtəsi olması və orta hesabla 500-600 yük maşınının tranzit yolunda yerləşdiyi üçün böyük bir fəlakət yaşana biləcəyi, lakın bunun qarşısının alındığı bildirilib.

Yanğının söndürülməsi üzrə işlər davam etdirilir.