Avropada təbii qazın qiyməti min kubmetr üçün 1 450 ABŞ dolları olub.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, ICE Futures-də ticarətə görə Avropadakı birjalarda qazın qiyməti rekordları qırmaqda davam edir.
Bundan əvvəl Avropada qazın qiyməti hər 1 000 kubmetr üçün 1 350 ABŞ dollarını keçmişdi.
Ötən həftə Avropada “mavi yanacağ"ın qiyməti tarixdə ilk dəfə olaraq 1 000 kubmetr üçün 1 000 ABŞ dollarını, daha sonra isə 1 100 ABŞ dollarını keçdi.