İranda ötən sutka ərzində 216 nəfər koronavirusdan (COVID-19) ölüb, 10 497 nəfər yoluxub.
Unikal.org-un məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 121 779 nəfərə, yoluxanların sayı isə 5 662 458 nəfərə çatıb. Virus daşıyıcılarından 5 598 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 5 153 048 nəfər koronavirusdan sağalıb, 32,8 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 60,4 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 42,9 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 17,5 milyon təşkil edir.