Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə-Ukrayna Ortaq Strateji Planlama Qrupunun 9-cu toplantısına qatılmaq üçün Ukraynaya gedəcək.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Çavuşoğlu 7-8 oktyabr tarixlərində Ukraynanın Lvov şəhərində səfərdə olacaq.
Səfər çərçivəsində Yüksək Səviyyəli Strateji Şura toplantısına hazırlıqlar nəzərdən keçiriləcək və cari, regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.