Peru prezidenti Pedro Kastilyo Baş nazir Qido Belidonun qurduğu hökuməti istefaya göndərib.

Unikal.org xəbər verir ki, bu barədə prezident xalqa müraciətində bildirib.

"Bu gün Nazirlər Şurasının sədri Qido Belido Uqartenin istefası qəbul edilib, dövlətə xidmətinə görə ona təşəkkür etdim. Bildirirəm ki, yeni nazirlər kabineti bu gün axşam saat 8-də (Bakı vaxtı ilə 05:00) and içəcək", - deyə Peru lideri müraciətində qeyd edib.

Kastilyo bildirib ki, bu qərar "idarəetmə səviyyəsinin yüksəldilməsi" maraqları əsasında və "icra orqanları arasındakı tarazlığı" qorumaq məqsədilə qəbul edilib. O, həmçinin ölkənin siyasi qüvvələrini dövlətin mənafeyi naminə ideoloji fikir ayrılıqlarından imtina etməyə çağırıb.

Ağarza Elçinoğlu