Ermənistanda yeni bir atom elektrik stansiyasının inşası ilə bağlı aparılan danışıqlar aparılıb. 

Unikal.org "Armenpress"ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. 

Bildirilib ki, "Geopromining" şirkətinin idarə heyətlərindən biri olan Baqratyan, Ermənistana bu barədə təklif edib, həmin təklif müzakirə edilib. Bunun üçün ümumilikdə 3,5 milyard dolların ayrıldığı vurğulanıb. 

"Yeni bir nüvə elektrik stansiyasının inşası bu proqramın bir hissəsidir və bu iri şirkət, misəritmə zavodunun qurulması üçün investisiya öhdəlikləri götürmüş və lazımi qaydada qeydə alınmışdır. Ermənistan artıq bu işə başlayıb", - deyə Paşinyan qeyd edib. 

Onu da deyək ki, atom elektrik stansiyasının tikintisinin 2025-ci ildə başlaması planlaşdırılır. 

Ağarza Elçinoğlu