Hindistanda sərnişin avtobusu qəza törədib.
Unikal.org xəbər verir ki, hadisə Uttar Pradeş əyalətinin Lakhnau şəhərində qeydə alınıb. Qəzaya səbəb magistral yolda heyvanların avtobusun qarşısına çıxması olub. Sürücü heyvanları vurmamaq üçün yoldan çıxıb. Nəticədə avtobus aşıb. Qəza nəticəsində 12 sərnişin həyatını itirib, 32 nəfər isə ağır yaralanıb.
Əraziyə xilasetmə qüvvələri cəlb olunub. Qeyd edək ki, Hindistanda hər il 110 mindən çox insan yol qəzalarında ölür.