Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili 7 gündür ki, aclıq aksiyası keçirir.
Unikal.org xəbər verir ki, həkimlər yeməkdən imtina edən siyasətçinin həyati təhlükəsinin olmasından narahatlıq keçirir.
"Həkim kimi mənə onun səhhəti çox vacibdir. Hər şey etməliyik ki, onun həyatı üçün təhlükə yaranmasın. Çünki aclıq həyat üçün risklər daşıyır", - deyə (***) klinikasının reanimatoloqu Vaxtanq Kaloiani açıqlama verib.
Hazırda siyasətçinin yanına yalnız vəkilləri buraxılır. Onun kamerasına televizorun yerləşdirilməsi də tələb edilib.
Qeyd edək ki, Mixail Saakaşvili oktybarın 1-də Tbilisidə saxlanılıb və 6 il müddətinə həbs edilib.
Ağarza Elçinoğlu