“Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və keçmiş prezident Mixail Saakaşvili öz maraqlarını milli maraqlardan üstün tuturlar”.
Unikal.org xəbər verir ki, bu fikirləri özünün Twitter səhifəsində ABŞ-ın Gürcüstandakı keçmiş səfiri Yan Kelli yazıb.
"Hər ikisi də siyasi sistemdə zəhərdir. Bütün siyasətçilər (bizim ölkə də daxil olmaqla) hesab edirlər ki, onlar milli maraqlardan daha çox münaqişəyə və şəxsi hakimiyyətə üstünlük verirlər", deyə o, qeyd edib.