"Nikol Paşinyanın Moskvaya səfəri ərəfəsində Ermənistanın Rusiyadakı səfiri Vardan Toghanyan Baş nazirlə görüşmək üçün fəal addımlar atır".
Unikal.org xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazır. Nəşrin məlumatına görə, Rusiyada yaşayan ermənilər Paşinyanın iştirak edəcəyi görüşə gəlməlidirlər:
"Dünən Rusiyanın erməni icmasından öyrəndik ki, Toghanyan şəxsən zəng edərək, xüsusən də Moskvada yaşayan erməni iş adamlarına, Rusiyadakı nüfuzlu ermənilərə Paşinyanın erməni icması ilə planlaşdırdığı görüşdə iştirak etməklərini xahiş edir".
Qeyd edək ki, yaxın günlərdə Paşinyanın Moskvaya gedəcəyi gözlənilir.
Gülayə Mecid