Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Unikal.org xəbər verir ki, Paşinyan Rusiya liderini ad günü münasibətilə təbrik edib.
O vurğulayıb ki, erməni xalqı və Ermənistan Putinin bölgədə sülhün və sabitliyin qorunmasında göstərdiyi səyləri, müstəsna rolunu yüksək qiymətləndirir. Paşinyan ölkəsinə göstərdiyi diqqətə görə Rusiya prezidentinə təşəkkür edib.
Putin isə Rusiyanın strateji tərəfdaşı olan Ermənistanla sıx əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. Liderlər ikitərəfli gündəmin məsələlərini müzakirə ediblər, bölgədəki vəziyyətə və davam edən proseslərə toxunublar.