Bu gün yerli vaxtla saat 15:01-də Siyəzən stansiyasından 11 km qərbdə Şabran rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə Unikal.org-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan bildirilib.
Qeyd olunub ki, maqnitudası 3,4, dərinliyi isə 2 km olan təkanlar zəif hiss olunub.