May ayında Paşinyanı uzunqulağa mindirib vəzifəsindən istefa verməsi üçün eşşəklə Milli Məclisə gələn  icevan sakini Sevada Kazaryan ona qarşı açılan cinayət işinin dondurulduğunu bildirib.

Unikal.org xəbər verir ki, etiraz əlaməti olaraq İcevandan İrəvana uzunqulaqla gələn vətəndaş, hüquq-mühafizə orqanlarının müdaxiləsilə polis bölməsinə aparılıb. Əvvəlcə onun evində narkotik olduğu bəhsnəsilə axtarış keçirilib. Daha sonra cibinə herion atılan vətəndaş cinayətə cəlb olunub. Lakin o, ifadəsində narkotiklə heç bir əlaqəsinin olmadığını bildirib.

Bildirilib ki, etirazçının son 6 ayda əlaqədə olduğu yaxınları zamanla ifadə verməyə çağırılır:

"Çox adam çağırıldı, son 5-6 aydır mənimlə əlaqə saxlayanlar, hamını çağırıb sorğuya çağırdılar. Mənə zəng etdilər, bəlkə danışmaq üçün, amma belə şeylər etdiyimi və ya etmədiyimi, istifadə edib-etmədiyimi bilmək üçün məni çağırmadılar".

Uzunqulağı tutan adam isə həbs edilib. O da qanunsuz ağac kəsmək bəhanəsilə tutulub. 

Sevada yeni aksiyalar keçirməyi planlaşdırır, lakin bunu danışmaq istəmir ki, bilsələr buna icazə verməyəcəklər. 

Qeyd edək ki, may ayında İcevan sakini Paşinyanı vəzifəsindən istefa verməsi üçün uzunqulaqla İrəvana, daha konkret olaraq Milli Məclisə gəlmişdi.