Tunisdə qatarın toqquşması nəticəsində azı 30 nəfər yaralanıb.

Unikal.org xəbər verir ki, bu barədə yerli “Mosaique FM” radiosu mülki müdafiə xidmətinin nümayəndəsinə istinadən məlumat yayıb.

Hadisə Ben-Arus stansiyası ərazisində baş verib. Platformadan çıxan qatar Tunis-Sus marşrutu ilə hərəkətdə olan qatarla toqquşub.

Yaralılar Ben-Arus şəhərinin xəstəxanalarına yerləşdirilib.