Çexiyanın avtomobil istehsalçısı şirkəti "Skoda" elektron komponentlərin çatışmazlığı səbəbindən oktyabrın 18-dən etibarən Çexiyadakı zavodlarında avtomobil "istehsalını əhəmiyyətli dərəcədə azaldacaq və ya tamamilə dayandıracaq.
Unikal.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında müəssisə müdiriyyətinin nümayəndəsi Tomaş Kotera deyib.
T.Kotera bildirib ki, elektron komponentlərin çatışmazlığı ilə bağlı qlobal böhran "Skoda"dan da yan keçməyib: "Oktyabrın 18-dən bu ilin sonuna qədər Çexiyadakı zavodlarda yeni avtomobillərin istehsalını əhəmiyyətli dərəcədə azaldacağıq və ya tamamilə dayandıracağıq".
Onun sözlərinə görə, "Şkoda"nın Çexiyadakı zavodlarının işçiləri qarşıdakı 3 ay ərzində şirkətin meydançalarında olan avtomobillərin yığılmasını tamamlamağa çalışacaqlar.
Nümayəndə bildirib ki, hazırda təxminən 50 min tamamlanmamış avtomobil var.