Rəsmi Ankara 40 ədəd "F-16 qırıcı" təyyarəsi almaq üçün ABŞ-a müraciət edib.
Unikal.org "Reuters"ə istinadən xəbər verir ki, müqavilənin milyardlarla dollar olduğu təxmin edilir, lakin məsələ hələ də Pentaqon Dövlət Departamenti tərəfindən araşdırılır.
Türkiyə həmçinin hərbi arsenalındakı 80 ədəd "F-16"nı modernizə etmək üçün də məlumat xəbərdarlığı verib.
O da bildirilib ki, onların mümkün təsdiqindən sonra belə, müqavilə Konqres tərəfindən bloklana bilər.
Respublikaçılar və Demokratlar isə ABŞ rəhbərliyini Türkiyənin Rusiyadan S-400 zenit müdafiə sistemləri aldığına görə Ankaraya təzyiq göstərməyə çağırıb.
Ağarza Elçinoğlu