Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada 1935-ci il təvəllüdlü Kazımova Əzizə Ağahüseyn qızının meyiti aşkarlanıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.