Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ermənistana səfər edib.

Unikal.org erməni  KİV-ə istinadən xəbər verir ki, İ. Qaribaşvili Ermənistana işgüzar səfər çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Tərəflər “Cənubi Qafqazda Dinc Qonşuluq Təşəbbüsü” ilə bağlı müzakirə aparıblar.