"Bəziləri elə bilirdi ki, Qarabağ lazımsız bir şeydir. Çox adam gəlib dedi ki, bu bizim problemimiz deyil, ermənilərin işidir. Amma o "balaca kərpic" bütün Zaqafqaziyanın binasından götürüldü və hər şey dağıldı".

"Unikal" xəbər verir ki, bunu “Moskovski komsomolets” qəzetinə müsahibəsində Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib.

"Paşinyan dövründə biz Ermənistanı itiririk, amma Azərbaycanı da qazanmırıq. Hamısı ona görə ki, piramidanın altından bir balaca kərpic çıxarıblar. Mən bunu 20-30 ildir deyirəm", - deyə ermənipərəst deputat qeyd edib. 

Onun sözlərinə görə, Yevgeni Maksimoviç Primakov vaxtilə özünü "Dağlıq Qarabağın prezidenti" elan edən Robert Köçəryanla görüşməkdən imtina edib: "Yevgeni Maksimoviç Robert Köçəryana niyə belə reaksiya verdi? O düşünürdü ki, Azərbaycan və Əliyev cənabları ilə dostluq daha önəmlidir. Beləliklə, dost oldular". 

Ağarza Elçinoğlu