Təbiətin möcüzələri tükənmək bilmir. Həftədə 2 porsiya qəbul etməklə ürək və beyin sağlamlığını qoruyan sardina balığından məlumatınız varmı?
"Unikal" diqqətə çatdırır ki, sardina balığı nadir D vitamini qaynaqlarından biridir. Sardinanın EPA və DHA kimi omeqa-3 yağ turşuları ilə də zəngindir. Bu yağ turşuları ürəksağlamlığını dəstəkləyir, iltihab əleyhinə təsir göstərir və beynin boz maddəsini artıraraq Alzheimer kimi nevroloji xəstəliklərin inkişafını ləngidə bilir.
Tərkibindəki B12 vitamini və kalsium sayəsində beyin və sümük sağlamlığını dəstəkləyən sardinaların bədəndəki iltihabı azaldan komponentlərə də sahib olduğunu bildirib. Bu maddələri "təbiətin aspirini" olaraq xarakterizə edilir. Xüsusilə ağrı və iltihabdan əziyyət çəkənlərə müntəzəm olaraq sardina yeməklərini tövsiyə edilir.
Büdcəyə uyğun super qida kimi seçilən sardina adətən başsız, suda, yağda və ya pomidor sousunda konservləşdirilmiş şəkildə satılır. Mütəxəssislər deyirlər ki, duzlu və ya bitki yağı içərisində olanlar açıldıqdan sonra bir gün ərzində istehlak edilməlidir, pomidor sousunda olanlar isə bir həftəyə qədər davam edə bilər.
Bəzi mənbələr konservləşdirilmiş sardinaların tərkibindəki yüksək natrium səbəbiylə qan təzyiqinin artmasına səbəb ola biləcəyini bildirir. Buna görə də konservləşdirilmiş sardinaları pəhrizinizə əlavə etməzdən əvvəl mütəxəssislə məsləhətləşmək çox vacibdir.
Gülayə Mecid