Qazax şəhərində avtomobil piyadanı vurub.

Unikal.org xəbər verir ki, hadisə Qazaxda fəaliyyət göstərən şadlıq saraylarından birinin qarşısında baş verib.

Belə ki, avtomobil yolu qarşı tərəfə keçmək istəyən rayon sakini, 1986-cı il təvəllüdlü Nemət Əzizovu vurub. Müxtəlif xəsarətlər alan yaralı xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.