"İran Rusiyadan və Çindən asılı olmaq niyyətində deyil, bu ölkələrlə münasibətlər qarşılıqlı maraq əsasında inkişaf etdiriləcək".
Unikal.org xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.
Nazirin sözlərinə görə, xarici siyasətin əsas xüsusiyyətlərindən biri Tehranın milli maraqlarını maksimum dərəcədə artırmaq üçün dünyanın digər bölgələrində mövcud olan bütün imkanlardan istifadə etməkdir:
"Şərqə baxmaq qərb vektorundan tamamilə imtina etmək demək deyil. Qərb liderlərinə coğrafi olaraq Asiyada olduğumuzu, Çin, Rusiya və Hindistanın bizə yaxın olduğunu səmimi şəkildə bildirdik".