Türkiyədə 4,3 bal gücündə zəlzələ olub.
Unikal.org "İhlas Haber Ajansı"na istinadən xəbər verir ki, yeraltı təkanlar Egey dənizində - Muğlanın Datça rayonu sahillərində qeydə alınıb.
8 kilometr dərinliyə malik olan zəlzələ Datçanın mərkəzi ilə yanaşı, Yazı, Cumalı, Yaka, Sındı və Məsudiyyə kimi məhəllələrdə də hiss edilib.
Dağıntı və tələfatın olmadığı bildirilib.