Türkiyə ABŞ-ı İŞİD terrorçularını Suriyadan Əfqanıstana göndərməkdə ittiham edib.
Unikal.org "Sputnik Afghanistan"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu venesuelalı həmkarı Feliks Plasensia ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
Türkiyə XİN başçısının sözlərinə görə, İŞİD terrorçularını avtobus və təyyarə ilə Suriyadan Əfqanıstana daşıyan ABŞ Ankaranı nədəsə tənqid etməzdən əvvəl ilk növbədə özünə baxmalıdır.
Bununla əlaqədar olaraq, M. Çavuşoğlu İŞİD-in güclənməsinin qarşısını almaq üçün "Taliban"la əməkdaşlığın zərurətinə diqqət çəkib.