Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVID-19) daha 196 nəfər vəfat edib.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat verib.
Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 344 280 nəfər test edilib, 28 370 yeni yoluxma halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 25 772 nəfər sağalıb.